...

Yerləşmə xidmətindən istifadə ilə bağlı elektron qeydiyyat qaydası təsdiqləndi

İqtisadiyyat Materials 18 Mart 2023 11:36 (UTC +04:00)
Yerləşmə xidmətindən istifadə ilə bağlı elektron qeydiyyat qaydası təsdiqləndi

Bakı. Trend:

Nazirlər Kabineti “Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması qaydası”nın təsdiq edilməsi barədə Qərar verib.

Sənədə əsasən, “Turizm haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 448-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 fevral tarixli 1601 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək
məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması qaydası” təsdiq edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti