...

Azərbaycanla Qırğızıstan arasında əmtəə dövriyyəsi dəfələrlə artıb

İqtisadiyyat Materials 20 Mart 2023 12:21 (UTC +04:00)
Azərbaycanla Qırğızıstan arasında əmtəə dövriyyəsi dəfələrlə artıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanla Qırğızıstan arasında əmtəə dövriyyəsi 3,262 milyon dollar və ya Azərbaycanın MDB ölkələri ilə ümumi xarici ticarət dövriyyəsinin 0,29 faizini təşkil edib.

Trend bu barədə bu gün Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına istinadən xəbər verir.

Komitənin məlumatlarına əsasən, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanla Qırğızıstan arasında əmtəə dövriyyəsi 2022-ci ilin analoji dövrü ilə müqayisədə 2,88 dəfə (1,132 milyon dollar) artıb.

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi ticarət dövriyyəsində Qırğızıstanın payı 0,04 faiz təşkil edib.

2023-cü ilin yanvar-fevral aylarında Qırğızıstana Azərbaycandan idxal 2,119 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən (220,71 min dollar) 9,6 dəfə çoxdur.

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana ixrac 1,143 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən (911,46 min dollar) 25,43 faiz çoxdur.

Xatırladaq ki, 2023-cü ilin yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycanın xarici ticarət dövriyyəsi 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 9,7 faiz və ya 768,8 milyon dollar azalaraq 7,94 milyarddan 7,17 milyard dollara düşüb.

Xarici ticarət dövriyyəsinin strukturunda ixracın payına cəmi 4,52 milyard dollar düşüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 1,447 milyard dollar və ya 24,25 faiz azadır. Xarici ticarət dövriyyəsində ixracın payına ötən ilki 75,16 faizlə müqayisədə 63,03 faiz təşkil edib.

Hesabat dövründə Azərbaycanda idxal illik hesablamada 678,5 milyon dollar və ya 34,4 faiz artaraq 1,972 milyard dollardan 2,651 milyard dollara qalxıb. Xarici ticarət dövriyyəsində idxalın payı ötən ilki 24,84 faizlə müqayisədə 36,97 faiz təşkil edib.

Nəticədə hesabat dövründə xarici ticarət dövriyyəsinin saldosu müsbət qalmaqla illik hesablamada 2,126 milyard dollardan çox və ya 2,1 dəfə azalaraq 1,869 milyard dollara düşüb, belə ki, 2022-ci ilin yanvar-fevral aylarında saldo 3,995 milyard dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti