...

Azərbaycan işğaldan azad edilmiş ərazilərin inkişafında Qazaxıstanın səylərinə xüsusi önəm verir - Zamin Əliyev

İqtisadiyyat Materials 7 Aprel 2023 15:39 (UTC +04:00)
Azərbaycan işğaldan azad edilmiş ərazilərin inkişafında Qazaxıstanın səylərinə xüsusi önəm verir - Zamin Əliyev
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkişafı üzrə layihələrin icrasında Qazaxıstanın səylərini yüksək qiymətləndirir.

Trend cümə günü xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəisi Zamin Əliyev Azərbaycan-Qazaxıstan Ekspert Şurasının ikinci iclasına həsr olunmuş dəyirmi masada deyib.

"2-ci Qarabağ müharibəsi bitdikdən sonra yeni reallıqlar ortaya çıxdı və Qazaxıstanın Qarabağın yenidən qurulması və inkişafına yardım səyləri, o cümlədən, Füzuli şəhərində Uşaq Yaradıcılıq və İnkişaf Mərkəzinin tikintisi Azərbaycan üçün son dərəcə əhəmiyyətlidir. Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı inam və əlaqələrə əsaslanan ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf etməkdədir. Azərbaycan-Qazaxıstan Ekspert Şurası əməkdaşlığın möhkəmlənməsi və ölkələr arasında əmtəə dövriyyəsinin artırılması, diversifikasiyası istiqamətində birgə tədbirlərin görülməsi baxımından çox mühümdür", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti