...

Ötən il Hesablama Palatası tərəfindən 9 maliyyə auditi keçirilib

İqtisadiyyat Materials 12 Aprel 2023 11:04 (UTC +04:00)
Ötən il Hesablama Palatası tərəfindən 9 maliyyə auditi keçirilib

Bakı. Trend:

Hesablama Palatası tərəfindən aparılan audit fəaliyyəti "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi ilə tənzimlənir.

Trend xəbər verir ki, Hesablama Palatası tərəfindən 2022-ci ilin İş Planına uyğun olaraq 9 maliyyə auditi keçirilib. 2022-ci ilin nəticələrinə əsasən, maliyyə auditlərinin sayı əvvəlki illə müqayisədə azalsa da, əhatə olunan məbləğdə artım qeydə alınıb. Auditlərin əhatə məbləği 5573,3 mln. manat təşkil edib.

Hesabat ilində keçirilmiş maliyyə auditlərində auditorların əsas məqsədi maliyyə hesabatlarının əhəmiyyətli təhriflərdən azad olub-olmaması barədə ağlabatan əminlik əldə etmək və maliyyə hesabatlarının bütün əhəmiyyətli aspektlərdə müvafiq qaydada tərtib edilibedilməməsi barədə rəy bildirməkdən ibarət olub.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatı müzakirə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti