...

Türkiyə Şəhərsalma və İqlim dəyişikliyi nazirliyi tender elan edib

İqtisadiyyat Materials 12 Aprel 2023 16:12 (UTC +04:00)
Türkiyə Şəhərsalma və İqlim dəyişikliyi nazirliyi tender elan edib

Bakı. Trend:

Türkiyə Şəhərsalma və İqlim dəyişikliyi nazirliyi Manisa vilayətində 24 sinifli məktəbin və 200 nəfərlik tələbə yataqxanasının tikintisi üzrə tender elan edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Elektron Dövlət Satınalmaları Platformasından (EKAP) bildirilib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tikinti işinin başa çatdırılması üzrə son tarix tenderin nəticələrinin açıqlanmasından 500 gün sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 4 may 2023-cü il, Türkiyə vaxtı ilə saat 14:00-a qədər “Toplu Konut İdaresi Başkanlığı (TOKİ) - Toplantı Salonu” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Əlaqə nömrəsi : (+90) 312 565 20 00 - 312 266 77 48

Məqalədə:
Xəbər lenti

Xəbər lenti