...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri bir milyard manatı ötüb

İqtisadiyyat Materials 22 Aprel 2023 13:19 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri bir milyard manatı ötüb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-mart ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 340,1 milyon manat təşkil edib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, məhsul dəyərinin 1 milyard 264,1 milyon manatı heyvandarlıq, 76,0 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5 faiz, bitkiçilik məhsulları üzrə 1,3 faiz artıb.

Qeyd edək ki, 2022-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 10 milyard 984,2 milyon manat təşkil edib ki, onun da 5 milyard 446,2 milyon manatı heyvandarlıq, 5 milyard 538,0 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti