...

Mərkəzi Bank gələn il inflyasiyanın 8 faizə düşəcəyini gözləyir

İqtisadiyyat Materials 3 May 2023 12:00 (UTC +04:00)
Mərkəzi Bank gələn il inflyasiyanın 8 faizə düşəcəyini gözləyir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı inflyasiyanın baza ssenarisinin (səkkiz faizə yaxın) 2024-cü ildə əldə olunacağını gözləyir.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Taleh Kazımov uçot dərəcələrinin parametrlərindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank daxili və xarici inflyasiya risklərini nəzərə alaraq antiinflyasiya pul-kredit siyasəti yeritməyə davam edir.

"2023-cü ilin martında illik inflyasiya 13,6 faiz olub ki, bu da 2022-ci ilin sentyabrında qeydə alınmış pik həddən 2 faiz aşağıdır", - o deyib.

T.Kazımov vurğulaylb ki, inflyasiyanın və iqtisadi şokların qarşısının alınması üzrə sonrakı tədbirlər qoyulmuş məqsədə 2024-cü ildə çatmağa kömək edəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti