...

Mərkəzi Bank daşınmaz əmlakı rəqəmsal sığortalamaq imkanı verib

İqtisadiyyat Materials 3 May 2023 14:11 (UTC +04:00)
Mərkəzi Bank daşınmaz əmlakı rəqəmsal sığortalamaq imkanı verib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) fiziki və hüquqi şəxslərə daşınmaz əmlakı rəqəmsal formada sığortalamaq imkanı verib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Ziya Əliyev uçot dərəcələrinin parametrlərindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, daşınmaz əmlak sahəsində sığorta xidmətlərinin göstərilməsinin rəqəmsal formatı daşınmaz əmlak sığortasının artım tempini sürətləndirəcək.

Qeyd edək ki, 2023-cü ilin sonunadək Azərbaycanda kağız daşıyıcıda sığorta polislərindən tamamilə imtina etmək planlaşdırılır. Yaxın iki ay ərzində daşınmaz əmlak üzrə kağız daşıyıcıda sığorta polislərindən imtina nəzərdə tutulur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti