...

Mərkəzi Bank sığorta sektoru ilə bağlı yeni strategiya hazırlayır (YENİLƏNİB)

İqtisadiyyat Materials 3 May 2023 14:24 (UTC +04:00)
Mərkəzi Bank sığorta sektoru ilə bağlı yeni strategiya hazırlayır (YENİLƏNİB)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı sığorta sektorunun korporativ idarə olunması üzrə yeni strategiya hazırlayır.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Taleh Kazımov uçot dərəcələrinin parametrlərindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu strategiya sığorta sektorunun idarə olunması və inkişafının yeni modelini nəzərdə tutur.

"Həmçinin strategiyada sığorta şirkətlərinin dərc etməli olduqları ictimai hesabatlar üzrə yeni tələblər irəli sürüləcək", - deyə T. Kazımov əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti