...

Azərbaycan müasir ictimai nəqliyyat vasitələri və onlar üçün yeni idarəetmə sistemləri satın alacaq - Rəşad Nəbiyev

İqtisadiyyat Materials 6 May 2023 12:58 (UTC +04:00)
Azərbaycan müasir ictimai nəqliyyat vasitələri və onlar üçün yeni idarəetmə sistemləri satın alacaq - Rəşad Nəbiyev
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan şəhərlərinin nəqliyyat infrastrukturunun genişləndirilməsi məqsədilə müasir ictimai nəqliyyat vasitələrinin və onlar üçün yeni idarəetmə sistemlərinin satın alınması üzrə işlər görülür.

Trend xəbər verir ki, bunu şənbə günü Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda konfransda deyib.

O, bu gün Azərbaycanın bu sektorun inkişafını davam etdirdiyini və bu inkişafın təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib.

"Ulu Öndər Heydər Əliyev nəqliyyat sahəsində böyük beynəlxalq layihələrin əsasını qoyub. Belə ki, bu gün Şərq-Qərb dəhlizi kimi Avropa ilə Asiyanı birləşdirən dəhlizlər effektiv şəkildə fəaliyyət göstərir. Son 20 il ərzində hökumətimiz tərəfindən, həmçinin Bakı-Tbilisi-Qars layihəsi həyata keçirilib, Ələtdə müasir dəniz limanı inşa edilib. Azərbaycanın aktiv şəkildə inkişafı və dünya iqtisadiyyatına inteqrasiyası davam edir", - nazir deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti