...

Agentlik sədri sərnişindaşımadakı boşluqlardan danışıb

İqtisadiyyat Materials 12 İyun 2023 12:45 (UTC +04:00)
Agentlik sədri sərnişindaşımadakı boşluqlardan danışıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qanunvericilikdə iki sahədə boşluqlar mövcuddur. Bunlar taksi aqreqatorları və nə avtobus olmayan nə də taksi olmayan nəqliyyat vasitələri ilə sərnişindaşıma ilə bağlıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, qanunvericilikdə boşluqdan istifadə edən bu cür aqreqatorlar dövlət qurumları ilə əməkdaşlıqda maraqlı olmurlar.

A.Rzayev bildirib ki, qanunvericiliyə edilən dəyişikliklər bu sahədə fəaliyyəti tənzimləmək məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti