...

Rəqəmsal iqtisadiyyat strategiyası hazırlanır - Nazir müavini

İqtisadiyyat Materials 21 İyun 2023 11:39 (UTC +04:00)
Rəqəmsal iqtisadiyyat strategiyası hazırlanır - Nazir müavini
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi rəqəmsal iqtisadiyyat strategiyası hazırlayır

Trend-in məlumatına görə, bunu bu gün iqtisadiyyat nazirinin müavini Elnur Əliyev "İnsan Resursları Zirvəsi 2023" tədbirində panel çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, bu gün üçün aktual olan iş yeri, tələb gələcək üçün fərqli ola bilər.

“Hər il əmək bazarına daxil olan 100 min gənc üçün nə qədər iş yeri yaradılır? Dövlət bunun üçün hansı addımları atır? Suallardan bəziləri bunlardır. Bu gün dövlət gələcək üçün bir baza hazırlayır. İqtisadiyyat Nazirliyi rəqəmsal iqtisadiyyat strategiyası hazırlayır”,- deyə E.Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti