...

Türkiyə inflyasiyaya qarşı mübarizə aparır - Türkiyə Mərkəzi Bankın sədrindən açıqlama

İqtisadiyyat Materials 23 İyun 2023 22:37 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə inflyasiyaya qarşı mübarizə aparır.

Trend xəbər verir ki, Türkiyə Mərkəzi Bankın sədri Hafizə Qaye Erkan İstanbulda Türkiyə Banklar Birliyinin rəhbərliyi ilə görüşdən sonra açıqlama verib.

O, deyib: "Bank sektorumuzla bir araya gəldik. Çox məhsuldar görüş oldu. Onlar bizə makroprudensial çərçivənin sadələşdirilməsi prosesində öz problemlərini və tələblərini bildirdilər".

Hafizə Qaye Erkan maliyyə sabitliyi üçün qiymət sabitliyinin çox vacib olduğunu söyləyib: “Əminəm ki, bütün iqtisadi bölmələrimiz hökumətimizin qarşıya qoyduğu iqtisadi hədəflərə uyğun olaraq inflyasiya ilə mübarizə aparmaq üçün qollarını çırmalayıblar. Əminəm ki, biz bunu ardıcıl və qətiyyətlə, məqsədyönlü şəkildə edəcəyik. Bu səbəbdən maliyyə sabitliyi üçün qiymət sabitliyi çox vacibdir. Biz həm qiymət, həm də maliyyə sabitliyini təmin etməklə inflyasiya ilə mübarizə aparacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti