...

AİB Asiya və Sakit Okean regionu üçün artım proqnozunu açıqlayıb

İqtisadiyyat Materials 19 İyul 2023 10:40 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) güclü daxili tələbin regionun bərpasına dəstəyi davam etdiyinə görə Asiya və Sakit Okean regionunun inkişaf etməkdə olan ölkələri üçün artım proqnozunu bu il 4,8% səviyyəsində saxlayıb.

AİB-dən Trend-ə verilən xəbərə görə, yanacaq və ərzaq qiymətləri azaldıqca inflyasiyanın pandemiyadan əvvəlki səviyyələrə yaxınlaşaraq, aşağı düşməyə davam edəcəyi gözlənilir.

Bu barədə bu gün açıqlanan “Asiyanın İnkişaf Perspektivləri (ADO), iyul 2023” hesabatında bildirilir.

Qeyd olunub ki, Asiyanın inkişaf etməkdə olan ölkələrində inflyasiya cari ilin aprelində 4,2% proqnozlaşdırılsa da, hazırda 3,6% səviyyəsində proqnozlaşdırılır. 2024-cü il üçün inflyasiya proqnozu isə 3,3%-lik proqnozdan 3,4%-ə yüksəldilib.

Çin Xalq Respublikasının (ÇXR) pandemiyadan sonra məhdudiyyətləri aradan qaldırması regionun böyüməsini təkan verir. ÇXR-in iqtisadiyyatının xidmət sektorunda güclü daxili tələbat fonunda aprel ayı üçün olan proqnozu dəyişməyərək 5.0% böyüyəcəyi proqnozlaşdırılır. Bununla belə, Asiyanın inkişaf etməkdə olan ölkələrinin elektronika və digər sənaye mallarının ixracına olan tələbi azalır, çünki monetar sərtləşdirmə əsas inkişaf etmiş ölkələrdə iqtisadi fəaliyyətə təsir göstərir. Bölgənin gələn il üçün artım proqnozu aprekdəki 4,8%-dən 4,7%-ə dəyişdirilib.

AİB-in baş iqtisadçısı Albert Park qeyd edib ki, “Asiya və Sakit Okean regionu pandemiyadan sabit bir sürətlə bərpa olmaqda davam edir”. “Daxili tələb və xidmət sahəsi böyüməyə təkan verir, eyni zamanda bir çox ölkələr də turizmin güclü şəkildə bərpasından faydalanır. Bununla belə, sənaye fəaliyyəti və ixrac zəif olaraq qalır. Gələn il qlobal artım və tələbatla bağlı proqnozlar pisləşib”.

AİB Asiya və Sakit Okean regionunda əksər subregionlar üçün artım proqnozlarını olduğu kimi saxlayır. İstisnalara Cənub-Şərqi Asiya daxildir ki, bu regionda artım proqnozu bu il 4,6%-ə endirilib, gələn il isə 4,9% proqnozlaşdırılıb. Apreldə bu rəqəmlər müvafiq olaraq 4,7% və 5,0% olaraq proqnozlaşdırılırdı. Qafqaz və Mərkəzi Asiya üzrə artım proqnozu 2023-cü il üçün 4,4%-dən 4,3%-ə, 2024-cü il üçün isə 4,6%-dən 4,4%-ə qədər azaldılıb.

AİB firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir, eyni zamanda ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir. AİB 1966-cı ildə yaradılıb. Bankın 49 regiondan olan 68 üzvü onun səhmdarlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti