...

Təbii qaz ixracı artıb

İqtisadiyyat Materials 18 Avqust 2023 05:44 (UTC +04:00)

Bakı. Trend:

Yanvar-iyul aylarında ölkədən 13 milyard 413,7 milyon kubmetr təbii qaz ixrac edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 8 milyard 934,1 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 12 milyard 704,1 milyon kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 8 milyard 219,9 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti