...

Mərkəzi Bank ICIEC ilə gələcək inkişaf imkanlarını müzakirə edib

İqtisadiyyat Materials 5 Sentyabr 2023 17:45 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan Mərkəzi Bankında( AMB) İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının baş icraçı direktoru Oussama Abdel Rahman Kaissinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Trend xəbər verir ki, AMB-nin sədri Taleh Kazımov bu barədə “X” (tvitter) sosial şəbəkə hesabında bildirib.

Bildirilib ki, görüşdə investisiyaların və ixrac kreditlərinin İslami prinsiplər əsasında sığortalanması məsələlərinə, xüsusən də bu maliyyə münasibətlərinin ölkəmizdə real sektorun və maliyyə sisteminin inkişafına töhfəsinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda təşkilatlar arasında gələcək inkişaf imkanları ilə bağlı məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti