...

Rusiya Azərbaycan üzərindən Ermənistana elektrik enerjisi çatdırmaq istədiyini açıqladı

İqtisadiyyat Materials 11 Sentyabr 2023 10:03 (UTC +04:00)
Rusiya Azərbaycan üzərindən Ermənistana elektrik enerjisi çatdırmaq istədiyini açıqladı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Azərbaycan üzərindən Ermənistana, oradan isə İran və digər ölkələrə 300 MVt elektrik enerjisi çatdırmaq imkanını nəzərdən keçirir.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Nikolay Şulqinov bildirib.

O qeyd edib ki, layihədə bütün iştirakçıların marağı var.

Bundan əvvəl İranın energetika naziri Əli Əkbər Mehrabian da İranın Azərbaycan ərazisi vasitəsilə Rusiya ilə elektrik enerjisi mübadiləsinə başlayacağını bildirib. O, elektrik şəbəkələrinin bir mərhələdə sinxronlaşdırıldığını əlavə edib.

Qeyd edək ki, İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub enerji dəhlizinin yaradılması layihəsi üzərində iş gedir. Məqsəd hər üç ölkənin elektrik şəbəkəsini sinxronlaşdırmaqdan ibarətdir. Lazımi layihə işləri İranın "Monenko" şirkəti tərəfindən həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti