...

ADY sədri Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş meneceri ilə görüşüb (FOTO)

İqtisadiyyat Materials 12 Sentyabr 2023 16:53 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

“Azərbaycan Dəmir Yolları’’ QSC-nin sədri Rövşən Rüstəmov Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Ştefani Ştalmeysterlə görüş keçirib.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

Qarşı tərəfə ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, mövcud infrastruktur və son dövrdə rəqəmsallaşma sahəsində görülən işlər barəsində ətraflı məlumat verilib.

Görüşdə əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin bankın maliyyə dəstəyi ilə dəmir yolları infrastrukturunun müasirləşdirilməsi istiqamətində prioritet layihələr barəsində geniş müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti