...

Azərbaycanda 92 mindən çox yeni nəsil NKA quraşdırılıb - Dövlət Vergi Xidməti

İqtisadiyyat Materials 13 Sentyabr 2023 01:45 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 92.588 ədəd yeni nəsil NKA quraşdırılıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti bildirib.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Qeyd edilir ki, 2023-cü ilin yanvar-avqust ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,3 milyard manata yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti