...

Mikayıl Cabbarov Türkmənistan Prezidenti ilə ikitərəfli əlaqələrin inkişafını müzakirə edib

İqtisadiyyat Materials 4 Oktyabr 2023 22:25 (UTC +04:00)
Mikayıl Cabbarov Türkmənistan Prezidenti ilə ikitərəfli əlaqələrin inkişafını müzakirə edib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana səfər edib.

Trend-in məlumatına görə, bu barədə nazirin "X" sosial şəbəkəsindəki paylaşımda bildirilib.

Məlumata əsasən, səfər çərçivəsində Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov nazir Mikayıl Cabbarovu qəbul edib.

"Dövlət başçılarının dostluğa və həmrəyliyə əsaslanan Azərbaycan-Türkmənistan münasibətlərinə verdiyi önəm sayəsində çoxtərəfli əlaqələrin inkişafı qeyd olundu", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi 644,767 milyon ABŞ dolları (keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artım) təşkil edib. 56,622 milyon dolları ixrac, 588,145 milyon dolları isə idxalın payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti