...

Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarı fəaliyyətə başlayacaq

İqtisadiyyat Materials 12 Oktyabr 2023 11:52 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarı fəaliyyətə başlayır.

Trend səhmdar cəmiyyətə istinadən xəbər verir ki, məqsəd sərnişin sıxlığını azaltmaqdır.

"Ekspres" qatarı heç bir stansiyada dayanmadan birbaşa hərəkət edəcək.

Qatar iş günləri Bakıdan Sumqayıta saat 06:50-də və 18:05-də, Sumqayıtdan Bakıya isə saat 07:45-də və 20:05-də hərəkət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti