...

Mərkəzi Bank yeni “şikayət indeksi” açıqlamağa başlayıb

İqtisadiyyat Materials 24 Noyabr 2023 17:44 (UTC +04:00)
Mərkəzi Bank yeni “şikayət indeksi” açıqlamağa başlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədəki bankların müştərilərinin xidmətlərdən istifadəsi üzrə “şikayət indeksi” açıqlamağa qərar verib.

Trend xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, indeksin aylıq əsasda yayımlanması nəzərdə tutulub.

Bu indeks bankların maliyyə dayanıqlığı və kreditləşmə fəaliyyəti ilə bağlı deyildir. İndeks bank müştərilərinə göstərilən kassa, hesablaşma, kart əməliyyatları və sair xidmətlərlə bağlı Mərkəzi Banka daxil olan şikayətlər əsasında bankların müştəri bazasına proporsional olaraq hesabat ayı üzrə bankların sıralamasını əks etdirir.

AMB öz mandatına uyğun olaraq maliyyə xidmətləri istehlakçılarının bank xidmətləri ilə bağlı şikayətlərini diqqət mərkəzində saxlayır və bu sahədə olan trendləri daimi əsasda təhlil edərək müvafiq tədbirlər görür.

İndeksin hesablanma metodologiyası və onun izahı AMB-nin veb səhifəsində yerləşdirilmiş müvafiq cədvəlin aşağı hissəsində qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti