...

Azərbaycan Cənub-Şərqi Avropaya qaz tədarükünün şaxələndirilməsində mühüm rol oynayır - Rumen Radev (VİDEO)

İqtisadiyyat Materials 10 Dekabr 2023 15:06 (UTC +04:00)
Azərbaycan Cənub-Şərqi Avropaya qaz tədarükünün şaxələndirilməsində mühüm rol oynayır - Rumen Radev (VİDEO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Niş. Trend:

Azərbaycan Cənub-Şərqi Avropaya qaz tədarükünün şaxələndirilməsində mühüm rol oynayır. Biz sizin rolunuzu yüksək qiymətləndiririk.

Trend xəbər verir ki, bu barədə Bolqarıstan Prezidenti Rumen Radev Niş şəhərində (Serbiya) Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılması mərasimindən sonra jurnalistlərə bildirib.

"COP29-un Azərbaycanda keçirilməsi qərarından danışan Radev qeyd edib ki, Rusiya Aİ-yə üzv olan bütün ölkələrin namizədliyinə veto qoyub. Yalnız Azərbaycan və Ermənistan qaldı və biz şadıq ki, bu tədbir Azərbaycanda keçiriləcək. Sizi dəstəkləyirik", - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Serbiyanın Niş şəhərində Azərbaycan təbii qazına çıxışı təmin edəcək Serbiya-Bolqarıstan İnterkonnektorunun açılış mərasimi keçirilib.

Qeyd edək ki, Serbiya-Bolqarıstan qaz birləşdiricisi layihəsi (Niş-Dimitrovqrad-Bolqarıstan) qismən Avropa İttifaqının 49,6 milyon avro məbləğində qrantları, həmçinin Serbiyanın Avropa İnvestisiya Bankının 25 milyon avro güzəştli krediti hesabına maliyyələşdirilir. Bu vəsaitləri Serbiya qaz kəmərinin öz hissəsinin tikintisi üçün ödəyəcək. Serbiya Respublikası hazırlıq və layihələndirilmə işləri üçün 15 milyon avro və 7,5 milyon avro ayırıb.

Hazırda Serbiyanın ilkin enerji istehlakının 13 faizi qazdan əldə edilir ki, bu da ölkənin yalnız iki giriş nöqtəsindən - Balkan axını boru kəməri vasitəsilə və Macarıstandan əldə edə biləcəyi qazdır. Serbiya və Bolqarıstanın qaz şəbəkələrini birləşdirən interkonnektor Serbiya və Qərbi Balkanlar regionunda enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək, Serbiyanı müxtəlif qaz şəbəkələri sistemlərindən, xüsusən də Azərbaycandan və Yunanıstanın Aleksandrupolis şəhərində yerləşən maye qaz terminalından daha təhlükəsiz və dayanıqlı təchizatla təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti