...

Azərbaycana xaricdən pul köçürmələri azalıb

İqtisadiyyat Materials 27 Fevral 2024 17:55 (UTC +04:00)
Azərbaycana xaricdən pul köçürmələri azalıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 166.5 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 41.4 milyon manata bərabər olub.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar ayına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 33.3% və ya 83.3 milyon manat, banklardan xaricə köçürmələr isə 33.7% və ya 21 milyon manat azalıb.

Qeyd edək ki, ötən ilin ilk ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 249.8 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 62.4 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti