...

Azərbaycan COP28 uğurunu inkişafı üçün əla şans əldə edib - ABŞ səfiri

İqtisadiyyat Materials 1 Mart 2024 20:20 (UTC +04:00)
Azərbaycan COP28 uğurunu inkişafı üçün əla şans əldə edib - ABŞ səfiri
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan COP29 konfransına ev sahibliyi edən ölkə olaraq COP28-dən əldə olunan impulsun davam etdirilməsinə kömək etmək üçün böyük imkana malikdir.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında çıxışında deyib.

"Cənub Qaz Dəhlizi enerji marşrutlarının və təchizatın şaxələndirilməsinin, enerji təhlükəsizliyinin milli təhlükəsizliyin təməli olduğuna parlaq sübutdur. Gələcəyə baxsaq, enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi getdikcə daha çox istifadə etdiyimiz enerji növlərinin müxtəlifliyi demək olacaq. Xüsusilə neft və qaz şirkətləri ilə tərəfdaşlıq mühüm olan zaman metan qazının təsirinin azaldılması kimi məsələlərdə qlobal səhnədə COP29-a ev sahibliyi edən Azərbaycan COP28-dən əldə olunan impulsun davam etdirilməsinə kömək etmək üçün böyük imkana malikdir" - o deyib.

Qeyd edək ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədə qərar rəsmi olaraq 11 dekabr 2023-cü ildə Dubayda elan edilib. Azərbaycan bu ilin noyabrında tədbirə ev sahibliyi edəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti