...

Ölkədə dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması ARTIB

İqtisadiyyat Materials 20 Mart 2024 17:50 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 3 milyon ton yük, 1261,5 min sərnişin daşınıb.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7 % az və 30,8 % çoxdur.

Hesabat dövründə orta hesabla sutkada 363 vaqon yüklənib, 415 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,5 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti