...

Mövcud resurslara investisiya qoyulması qida və su təhlükəsizliyinin təmin edilməsi üçün vacibdir - “ADNOC”-un baş icraçı direktoru

İqtisadiyyat Materials 10 Oktyabr 2024 12:26 (UTC +04:00)
Mövcud resurslara investisiya qoyulması qida və su təhlükəsizliyinin təmin edilməsi üçün vacibdir - “ADNOC”-un baş icraçı direktoru
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Mövcud resurslara investisiya qoyulması qida və su təhlükəsizliyinin təmin edilməsi üçün vacibdir.

Trend xəbər verir ki, bu barədə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri və Abu-Dabi Milli Neft Şirkətinin (ADNOC) baş icraçı direktoru Sultan Əl Caber Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) zamanı çıxışında deyib.

“Beynəlxalq əməkdaşlıq çox önəmlidir və əslində, kritik əhəmiyyətə malikdir. Hər səviyyədə əməkdaşlıq açar rolunu oynayır. Biz qabaqcıl təcrübə mübadiləsi aparmalı, texnologiyaların ötürülməsini təmin etməli və müxtəlif sahələrdə, xüsusən də ən kasıb təbəqələrə xüsusi diqqət yetirərək, investisiyaları təşviq etməliyik”, - o qeyd edib.

Nazir vurğulayıb ki, dünya birliyi uyğunlaşmaya, mülayimləşdirmə ilə eyni dərəcədə investisiya qoymalıdır. Bu, yeni enerji növlərinə və mövcud dekarbonizasiya texnologiyalarına investisiya qoymağı nəzərdə tutur.

“Bu, öz növbəsində, erkən xəbərdarlıq sistemlərinin və səhiyyə sistemlərinin gücləndirilməsi, eləcə də bütün səylərimizdə məsuliyyət, şəffaflıq və hesabatlılığın artırılmasını əhatə edir. Əslində, bu, iqlim dəyişmələrinə qarşı davamlılığın yaradılması və eyni zamanda aşağı karbonlu iqtisadi artım üçün yeni yolların yaradılması deməkdir”, - o bildirib.

Onun sözlərinə görə, qarşıdakı indekslər yalnız 1,5 dərəcəlik temperaturun qorunması üçün həyati əhəmiyyət daşımır, eyni zamanda, elmi məlumatlara əsasən, sosial-iqtisadi inkişaf üçün geniş imkanlar açır. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi ilə iqlim irəliləyişində bərabərlik təmin oluna bilər.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransından (UNFCCC) əvvəlki Konfrans, yəni Pre-COP29 başlayıb.

Pre-COP29 Bakıda "Ambisiyaları artırmaq və fəaliyyət göstərmək" devizi altında keçirilir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Xəbər lenti

Xəbər lenti