...

Azərbaycan bankları kredit verərkən ekoloji məsələləri də nəzərə almalıdırlar - Nazir müavini

İqtisadiyyat Materials 6 Noyabr 2024 16:15 (UTC +04:00)
Azərbaycan bankları kredit verərkən ekoloji məsələləri də nəzərə almalıdırlar - Nazir müavini
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bankları kredit verərkən ekoloji məsələləri də nəzərə almalıdırlar.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş Konfransda bildirib.

"Azərbaycan bankları kredit verərkən yalnız iqtisadi amilləri deyil, həm də ekoloji məsələləri nəzərə almalıdır. Hazırda maliyyə vəsaitlərinin ayrılması zamanı ekoloji göstəricilərə diqqət yetirmək zəruridir. Bu istiqamətdə atılan addımlar yalnız karbon tullantılarını azaltmaqla kifayətlənməyəcək, eyni zamanda, Azərbaycanın iqtisadi dayanıqlığını da gücləndirəcək", - o vurğulayıb.

Qeyd edək ki, "ESG standartlarına dair Vahid Rəqəmsal Platforma" ilə daha ətraflı tanış olmaq üçün linkə keçid etmək təklif olunur.

Xatırladaq ki, 30 sentyabr 2024-cü il tarixinə Azərbaycanın paytaxtı və bölgələrində verilən kreditlərin həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,424 milyard manat, yəni 19,86 faiz artaraq, 26,7 milyard manata çatıb. Bu dövrdə Bakıda verilən kreditlərin məbləği 20,5 milyard manat təşkil edib. Ölkə üzrə orta illik faiz dərəcəsini 13 faiz, Bakı üzrə isə 11,65 faiz olub.

Xəbər lenti

Xəbər lenti