...

KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarlarının məhsulları “MÜSİAD EXPO” və “Halal Expo” sərgilərində nümayiş olunub (FOTO)

İqtisadiyyat Materials 30 Noyabr 2024 12:05 (UTC +04:00)
KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarlarının məhsulları “MÜSİAD EXPO” və “Halal Expo” sərgilərində nümayiş olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan sahibkarları İstanbulda keçirilən “MÜSİAD EXPO” 20-ci Beynəlxalq Ticarət Sərgisində və “Halal Expo” Sərgisində iştirak ediblər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sərgilərdə ümumilikdə 20-yə yaxın yerli sahibkarın məhsul və xidmətləri nümayiş olunub. KOBİA-nın müvafiq sərgilərdə qurduğu xüsusi stendlərdə qida, sənaye, alternativ və bərpa olunan enerji, parfümeriya sahələrində məhsullar və xidmətlər sərgilənib.

Həmçinin, stendlərdə KOBİA və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO tərəfindən Azərbaycanın investisiya və ixrac imkanlarına, sahibkarlara göstərilən dəstək və xidmətlərə dair məlumat verilib. Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat və Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev stendlərimizi ziyarət ediblər.

KOBİA nümayəndələri Türkiyəyə səfər çərçivəsində halal sənayesi üzrə maraqlı tərəfləri bir araya gətirən, müvafiq sahədə yeni imkanların və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi 10-cu Dünya Halal Sammitində iştirak ediblər.

Tədbirin açılışındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov halal sənayenin davamlı inkişafı üçün əməkdaşlığın və innovasiyaların vacibliyini qeyd edib, bu sektorun gələcək inkişafında standartların və texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb. Yaşıl texnologiyaların tətbiqinin ətraf mühitə təsiri əhəmiyyətli dərəcədə azalda biləcəyini bildirən KOBİA sədri Agentliyin yaşıl təşəbbüsləri və sahibkarlara dəstək alətləri barədə də məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti