...

Mərkəzi Bank daha bir MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verdi

İqtisadiyyat Materials 11 Fevral 2025 11:32 (UTC +04:00)
Mərkəzi Bank daha bir MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verdi
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Tiko Azərbaycan” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verilib.

Trend-ə bu barədə AMB-dən bildirilib.

Məlumata görə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

“Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti