Bakı. Trend:
Ötən il Səngəçal terminalından gündəlik orta hesabla təxminən 76 milyon standart kubmetr (təxminən 2 milyard 654 milyon standart kubfut) Şahdəniz qazı göndərilib.
Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 5 milyon standart kubmetr və ya 7% çoxdur. Belə ki, 2023-cü ildə Səngəçal terminalından gündəlik orta hesabla təxminən 71 milyon standart kubmetr (təxminən 2 milyard 515 milyon standart kubfut) Şahdəniz qazı göndərilib.
Qeyd edək ki, qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.