...

Ötən ay idxal olunan elektromobillərin qiyməti 7 min dollar bahalaşıb

İqtisadiyyat Materials 17 Fevral 2025 17:41 (UTC +04:00)
Ötən ay idxal olunan elektromobillərin qiyməti 7 min dollar bahalaşıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycana xaricdən 139 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 6,5 milyon ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 100 ədəd (41,8%), dəyər ifadəsi ilə 3 milyon 75 min ABŞ dolları (31,8%) azdır. Belə ki, 2024-cü ilin ilk ayında Azərbaycana idxal dəyəri 9,6 milyon ABŞ dolları olan 239 ədəd elektromobil gətirilib.

Ötən ay idxal edilən elektromobillərin bir ədədinin orta qiyməti 47,4 min dollar olub ki, bu da, illik müqayisədə 7 min dollar və ya 17,3% çoxdur. Ötən ilin ilk ayında idxal olunan elektromobillərin bir ədədinin orta qiyməti 40,4 min dollar idi.

Qeyd edək ki, ötən ay Azərbaycana 139 milyon ABŞ dolları dəyərində 7 min 663 ədəd avtomobil idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti