...

Bakıda neft məhsullarının istehsalı 15%-ə yaxın azalıb

İqtisadiyyat Materials 20 Fevral 2025 13:39 (UTC +04:00)
Bakıda neft məhsullarının istehsalı 15%-ə yaxın azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Bakıda neft məhsullarının istehsalı sahəsində 4 milyard 741 milyon manatlıq məhsul istehsal olunub.

Trend bu barədə Bakı Şəhər Statistika İdarəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 810 milyon manat və ya 14,6% azdır. Belə ki, 2023-cü ildə Bakıda neft məhsullarının istehsalının həcmi 5 milyard 551 milyon manat təşkil edib.

Qeyd edək ki, ötən il Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri əvvəlki illə müqayisədə 11 faiz azalıb. Neft məhsullarından sürtkü yağları istehsalı 16,2 faiz artıb, ağ neft istehsalı 4,6 faiz, neft bitumu istehsalı 4,6 faiz, avtomobil benzini istehsalı 16,2 faiz, neft koksu istehsalı isə 23,5 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti