Bakı. Trend:
Ötən il Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Baş Prokurorluğun və hüquq-mühafizə orqanlarının qərarlarına, Xidmətin iş planına, vətəndaş müraciətlərinə əsasən ümümilikdə 100 nəzarət obyektində aparılmış nəzarət tədbirləri ilə 19,7 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib.
Trend xəbər verir
ki, bu barədə Maliyyə Nazirliyində 2025-ci ildə qarşıda duran
vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında məlumat
verilib.
Bildirilib ki, bu vəsaitin 5,2 milyon manatı təqsirkar şəxslər
tərəfindən bərpa edilib, qalan hissəsinin bərpası ilə əlaqədar,
habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində hüquq
mühafizə orqanları tərəfindən tədbirlər görülür.
Eynu zamanda iclasda Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən görülmüş işlər, qarşıda duran vəzifələr və cari ildə aparılacaq nəzarət tədbirləri haqqında məruzə dinlənilib.
Qeyd olunub ki, Xidmətin cari il üçün iş planına daxil edilən nəzarət obyektlərinin seçilməsi dövlət büdcəsindən maliyyələşdirilən 233 nəzarət obyekti üzrə 9 risk faktorunun təhlili və qiymətləndirilməsi yolu ilə aparılıb və iş planı təsdiq edilib.