Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Laraib” şirkətini dövlət qeydiyyatına alıb.
Trend xəbər verir ki, şirkətin təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyətdir.
Bakının Nəsimi rayonu, Nizami küçəsi, ev 203 ünvanında yerləşən şirkət 50 000 manat sərmayə ilə təsis edilib.
Şirkətin qanuni təsmilçisi Pakistan vətəndaşı Qasım Abdul Vahid adlı şəxsdir.
Şirkətin fəaliyyət istiqaməti açıqlanmayıb.