Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nəzdində iki şirkəti – “SOCAR Zone I” və “SOCAR BTBK”nı dövlət qeydiyyatına alıb.
Trend xəbər verir ki, hər iki şirkətin təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyətdir (MMC).
Hər iki şirkət SOCAR-ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 121 ünvanında hər biri min manat sərmayə ilə təsis edilib.
“SOCAR Zone I”in qanuni təmsilçisi Bəxtiyev Rəşad Zahir oğlu, “SOCAR BTBK” MMC-nin isə qanuni təmsilçisi İbadov Fərhad İbad oğludur.