...

Bakı Fond Birjasnda QDİ-nin yerləşdirilməsi aparılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2007 19:23 (UTC +04:00)

Azərbaycan, Bak/ Trend / 20 sentyabr 2007-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10300117S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. Sifarişlər 2 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə ümumi məbləği 419 000 manat təşkil edib. Sifarişlər 95.10% (gəlirlik 10.45%) qiymətdə təqdim edilib. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 95.10% (gəlirlik 10.45%) orta ölçülmüş qiymət - 95.10% (gəlirlik 10.45%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 419 000 manat məbləğində müəyyən edilib.İstiqraz vərəqələrinin ödəmə tarixi 18 Mart 2008-cı ildir.İstiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nın depozitarisində aparılır.

Xəbər lenti

Xəbər lenti