...

Yaponiya höküməti Şəkinin su təsərrüfatının yaxşılaşdırılmasına 155 min dollar ayıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2007 22:53 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend müxbir E. Quliyev/ Yaponiya höküməti Şəki şəhərinin su təsərrüfatının yaxşılaşdırılması layihəsinə maddi yardım göstərəcək.

Şəki şəhər Icra Hakimiyyətindən Trend ə verilən məlumata görə layihənin ümumi dəyəri 155 min dollardır. Bu ayın əvvəlindən başlanan təmir işlərinin gələn ilin may ayında başa çatacağı planlaşdırılır. Şəki şəhər bələdiyyəsinin üzvü Etibar Nuriyev "Taclı su kəməri"nin 1500 metr hissəsinin tamamilə yenidən qurulacağını, 5 kilometrlik hissəsində isə təmir işlərinin aparılacağını dedi.

Bu ilin avqust ayının 16-da Yaponiya səfirliyi ilə Şəki Vətəndaş Cəmiyyəti Mərkəzi arasında "Taclı su kəməri"nin əsaslı təmiri və bərpası layihəsinin maliyyələşdirilməsi haqqında qrant müqaviləsi imzalanıb.Nuriyevin sözlərinə görə fəaliyətini dayandırmış su kəmərində 150 mm-lik saxsı boruları 300 mm-lik dəmir borularla əvəz olunacaq və 45 tonluq su hövzəsinin tikintisini nəzərdə tutulub ki, bu da şəhərin 30% su problemin həlli deməkdir. Lahiyənin özəlliyi ondadır ki, görüləcək bütün işlər heç bir texnikanın işləmədiyi dağ şəraitində insan qüvvəsi ile görüləcək. Təmir-bərpa işləri dəniz səviyyəsindən 800-1000 metr yüksəklikdə aparılacaq.Şəki ölkənin şimal-qərbində, paytaxt Bakıdan 352 km məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti