...

Avropa Bankı Azərbaycanın iki qeyri-bank təşkilatına kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2007 19:26 (UTC +04:00)
Avropa Bankı Azərbaycanın iki qeyri-bank təşkilatına kredit ayırıb

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmayılova/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) çərşənbə günü qeyri-bank kredit təşkilatları - CredAgro və Shore Overseas Azərbaycana (SOA Credit) 5 mln. dollar həcmində kredit xətti ayırıb.

CredAgro AYİB-dən 3 mln. dollar həcmində kredit xətti alıb. Vəsait, əsasən , kredit fəaliyyətinin genişləndirilməsi və ölkənin regionlarında kredit verilməsi sahəsində məhdudiyyətlərin aradan qaldırılmasına istiqamətləndiriləcək.

Avropa Bankının SOA Credit üçün ayırdığı kreditin məbləği 2 mln. dollar təşkil edib. Kredit kiçik sahibkarlıq və tikinti sektoruna yönəldiləcək.

Kredit müqaviləsi AYİB-in vitse-prezidenti Varel Friman, CredAgro-nun rəhbəri Eldar Cəfərov, SOA-nun rəhbəri Seit Devdariani tərəfindən imzalanıb.

AYİB Şərqi Avropa, Rusiya, Mərkəzi Asiya və Qafqazda 2 milyona yaxın təşkilata maliyyə dəstəyi göstərir. 188 maliyyə institutu üçün 899 mln. avro həcmində vəsait yatırılıb.

Xəbər lenti

Xəbər lenti