...

Bakı Fond Birjasında DQİ-nin yerləşdirilməsi həyata keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2007 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / 27 noyabr 2007-ci il tarixində, Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 10201217S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə çərşənbə axşamı BFB-nın yaydığı məlumatda bildirilir.

Bir investor tərəfindən təqdim olunan sifarişin nominal üzrə ümumi məbləği 510 600 manat təşkil edib. Sifariş 97.62% (gəlirlik 10.47%)) qiymət ilə təqdim edilib.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 97.62% (gəlirlik 10.47%) orta ölçülmüş qiymət - 97.62% (gəlirlik 10.47%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 510 600 manat məbləğində müəyyən edilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 19 fevral 2008-ci ildir.

Xəbər lenti

Xəbər lenti