...

Amirates Bank Caspian İnternational İnvestement Company – nin kapitalında iştirakda maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2007 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı / " , müxbir İ.Xəlilova/ Amirates Bank, noyabrın 29 - da Azərbaycan İnvestisiya Şirkəti ( AİŞ ) və Özəl Sektorun İnkişafı İslam Korporasiyasının ( İslam İnkişaf Bankı qrupuna daxildir) iştirakı ilə yaradılmış Caspiant İnternational İnvestement Company -yə investisiya qoymağa hazır olduğunu bildirib. Bu barədə cümə axşamı AİŞ icraiyyə katibinin müavini Riad Qasımov məlumat verib. "Bu günə kimi bizim tərəfimizdən, kapital cəlb edilməsi üçün konkret hərəkətlər olmayıb. Lakin şirkətin qeydiyyatı başa çatdıqdan sonra biz danışıqları fəallaşdıracağıq" - Qasımov deyib. ( Bu günkü təsisat iclasında qəbul olunmuş qərara əsasən, şirkət, 2007 - ci ilin sonu 2008 - ci ilin əvvəlinə kimi qeydiyyatdan keçməlidir. Onun sözlərinə görə, Caspian International Investment Company - yə kapital cəlb edilməsi üçün növbəti ilin birinci kvartalından, əsasən, Bəhreyn, Qatar, BƏƏ olmaqla, islam ölkələrində road - showların keçirilməsi planaşdırılır. İki il müddətində Caspian International Investment Company - ə 70 mln. dollara qədər kapital cəlb olunacaq. Başlanğıc mərhələdə o, 3 - 4 mln. dollar səviyyəsində formalaşdırılacaq və fevraldan potensial layihələri investisiyalaşdırmaq üçün, şirkətə yatırımlar bu ilin sonuna kimi başlayacaq. İCD - nin icracı direktoru Xaled Əl Əbudi, seçilmiş sektorların hər birində bir neçə layihənin maliyyələşdirilməsini mümkün hesab edir. Telekommunikasiyalar, loqistika, kənd təsərrüfatı, xidmət sahələri, əczaçılıq, tibb, tikinti materialları istehsalı ən cəlbedici sahələr kimi ayrılıb. "Araşdırmalarımıza əsasən, Azərbaycan iqtisadiyyatının bütün sektroları böyük potensiala malikdir" - Əl Əbudi bildirib. İlkin mərhələdə korporasiyanın Caspian International Investment Company - də iştirak payı 75 faiz təşkil etsə də, iki il ərzində Yaxın Şərq və Fars körfəzi ölkələrindən yeni investorların cəlb edilməsi nəticəsində o, 10 faizədək azalacaq. AİŞ - nin payı 25 faiz olacaq və bunun üçün o, 14 mln. dollar ödəyəcək.

Xəbər lenti

Xəbər lenti