...

Azərbaycan hökuməti Dünya Bankı ilə kənd təsərrüfatının inkişafı üçün güzəştli kreditin alınmasını müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2007 16:45 (UTC +04:00)
Azərbaycan hökuməti Dünya Bankı ilə kənd təsərrüfatının inkişafı üçün güzəştli kreditin alınmasını müzakirə edəcək

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti Dünya Bankı (DB) ilə kənd təsərrüfatının inkişafı üçün sonuncu güzəştli kreditin alınmasını müzakirə etməyə başlayıb. Bu barədə bazar ertəsi Kənd Təsərrüfatı Nazirliyi nəzdində Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin Baş direktoru Razim Vəliyev məlumat verib. Danışıqlar Dünya Bankının Avropa, Mərkəzi Asiya və Qafqaz üzrə vitse-prezidenti Şiqeo Katsunun Bakıya səfəri çərçivəsində aparılır. Kredit artıq DB-nın vəsaitləri hesabına reallaşdırılan "Azərbaycan kənd investisiyaları" (AzRİP) layihəsinin genişləndirilməsinə sərf ediləcək. İlkin məlumatlara görə, layihə üçün əlavə investisiyalar 10 mln. dollar təşkil edə bilər. Bununla yanaşı, layihəyə əlavə olaraq, Azərbaycanın şimal-qərb regionunun 23 rayonu qoşulacaq. Vəliyev hazırda birinci AzRİP layihəsi çərçivəsində, Naxçıvan MR (NMR)-də başlanılan işlərin davam etdirilməsinin məqsədəuyğunluğunun müzakirə edildiyini bildirib. NMR-in əlavə yeddi rayonunun da layihəyə qoşulması ilə kreditin məbləği daha 5 mln. dollar artırıla bilər. Layihənin davam etdirilməsində hökumətin payı 10-15 faiz təşkil edə bilər. Layihənin iyunun sonunadək təqdir edilməsi üçün 2008-ci ilin martında, Bankın Direktorlar Şurasının müzakirəsinə çıxarılacağı güman edilir. AzRİP-2 -nin hesabına icmaların 10 faizlik işitrakı ilə onların 250 infrastruktur layihəsini reallaşdırmaq mümkündür. AzRİP layihəsi NMR, Şirvan və Muğan-Salyan regionlarının 21 rayonunu əhatə edir. AzRİP üzrə kredit müqaviləsi 2004-cü il sentyabrın 23-də imzalanıb və 2004-cü il dekabrın 29-da qüvvəyə minib. Layihənin ümumi dəyəri 21.1 mln. dollardır. Bunun 15 mln. dolları MAR kreditləri, 3.3 mln. dolları Yaponiya hökumətinin qrantı, qalan hissəsi isə, hökumətin və benefiçiarların (icmaların) layihədə iştirak payı hesabına ödənilib. Layihənin 2009-cu ilin mayınadək başa çatdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti