...

Azərbaycanın ÜTT-yə qəbulu əlavə işsizlik problemi yarada bilər - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2007 13:23 (UTC +04:00)
Azərbaycanın ÜTT-yə qəbulu əlavə işsizlik problemi yarada bilər - ekspert

Azərbaycan, Bakı / Trend / Azərbaycanda işsizliyin səviyyəsi 6%-i ötür, ölkədə işsiz qismində 51 mindən çox insan qeydə alınıb, əhalinin 43 mln. nəfəri isə iş qabiliyyətlidir. Azərbaycanda işsizliyin real statistikası Dövlət Statistika Komitəsinin göstərdiyi rəqəmlərdən dəfələrlə çoxdur. Bu fərq statistika komitəsində yalnız rəsmi olaraq qeydiyyatdan keçən işsizlərin nəzərə alınması ilə izah olunur. İşsizlərin demək olar ki, 70%-ni 35 yaşa qədər gənclər təşkil edir, gənclər arasında işsizliyin maksimal səviyyəsi isə 20-24 yaş arasında göstərilir.

Yaxşı maaşlı vakansiyaların kifayət qədər çox olmasına baxmayaraq, bu vakansiyalar qismən boş qalır. Bizim vətəndaşlar, ilk növbədə gənclər, ölkənin ali məktəb məzunları yalnız əldə etdikləri ixtisasa uyğun işləmək istəyir. Lakin onların ixtisaslarına uyğun vakansiyalar bu vakansiyalara namizədlərin sayından olduqca azdır. Bu onunla izah olunur ki, bu gün ali təhsil müəssisələri cəmiyyət üçün işləmir və cəmiyyətin lazımi sahələr üzrə mütəxəssislərə olan ehtiyacını ödəmir, əksinə, fakültəyə daha çox abituriyent cəlb etməyə çalışır və gələcək peşə seçimində prestijli hesab olunan peşələrə üstünlük verən tələbələrin seçimindən istifadə edirlər. Əgər Avropa ölkələrində orta hesabla ali məktəblər bitirən məzunların 40-60%-i işlə təmin olunursa, Azərbaycanda analoji göstərici 5-7% təşkil edir.

Buna görə də həm mütəxəssislərin hazırlanması, həm də peşə hazırlığı sahəsində təhsilin keyfiyyətini artırmağa ehtiyac var. Beynəlxalq tələblərə cavab verən yeni peşə standartlarının tətbiqi bu problemin həllinə kömək edə bilər. Eləcə də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması səmərəsiz istehsalın azalması və əlavə işsizliyin meydana gəlməsi ilə nəticələnəcək. Baş verməkdə olan bu proseslərin qarşısını almaq üçün ölkədə rəqabətə davamlı əmək potensialının və kadrların yaradılması istiqamətində tədbirlər həyata keçirmək lazımdır, bu, əmək məhsuldarlığının artması ilə birbaşa əlaqədardır.

(Leyla Abdullaeva - Trend analitik mərkəzinin eksperti)

Xəbər lenti

Xəbər lenti