...

"Bank Respublika" 2007-ci ilin 11 ayının nəticələrinə yekun vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2007 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ "Bank Respublika"nın cümə axşamı yaydığı məlumatda bildirilir ki, bankın aktivləri bu ilin əvvəlindən etibarən 106,3% artaraq 1 dekabr 2007-ci il tarixinə 229,6 mln. manat olub. Bankın kredit portfelinin həcmi isə bu ilin 11 ayı ərzində 106,6% artaraq 157,2 mln. manata çatıb.

Müştərilərin depozitləri də hesabat dövründə 112,9% artaraq 110,4 mln. manatı keçib. Əhalinin əmanətlərinin həcmi isə 106,3% artaraq bu ilin 1 dekabr tarixinə 54,8 mln. manat olub.

"Bank Respublika"nın qeyd edilən dövr ərzində məcmu kapitalı da 82,2% artaraq 22,4 mln. manata çatıb. 1 dekabr 2007-ci il tarixinə Bankın nizamnamə kapitalı 11,9 mln. manatdır.

"Bank Respublika"nın bu ilin yanvar-noyabr ayları ərzində gəlirləri 27,3 mln. manat, xərcləri isə 21,3 mln. manat təşkil edib. Bu dövr ərzində Bankın balans mənfəəti 6 mln. manat olub.

Xəbər lenti

Xəbər lenti