...

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "NİKOYL" bankı cərimələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2007 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir U.İsmayılova/Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən verilən xəbərdə bildirilir ki, Dövlət Komitəsi "Nikoyl" İKB-ni cərimələyib.

Dövlət Komitəsi əməkdaşlarının keçirdiyi monitorinq nəticəsində məlum olub ki, bank qanuna zidd olaraq stimullaşdırıcı lotereyaların keçirilməsi haqqında Dövlət Komitəsinə vaxtında məlumat verməyib. Aşkar edilib ki, bank bununla əlaqədar artıq KİV-də reklam aksiyaları keçirir.

İnzibati Qanun Pozuntuları Məcəlləsinə əsasən, "Nikoyl" bank cərimələnib.

Dövlət Komitəsinin məlumatında cərimənin məbləği göstərilməyib.

Xəbər lenti

Xəbər lenti