...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2008 15:42 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan,Bakı, 4 fevral/ Trend müxbir İ.Xəlilova / Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0003 bənd möhkəmlənib (0,03 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,84524 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi yanvarın 28-də və 29-da 1 ABŞ dolları üçün 0,8454 manat, minimum isə yanvarın 31-də və fevralın 1-də 1 ABŞ dollarına 0,8615 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
21yanvar 0,8454 28yanvar 0,8454
22yanvar 0,8454 29yanvar 0,8454
23yanvar 0,8454 30yanvar 0,8452
24yanvar 0,8454 31yanvar 0,8451
25yanvar 0,8455 1fevral 0,8451
Həftə ərzində orta 0,84542 Həftə ərzində orta 0,84524

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0003 bənd (0,03 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,84518 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi yanvarın 29-da 1 ABŞ dollarına 0,8454 manat, minimum isə fevralın 1-də (1 ABŞ dollarına 0,8450 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 28 yanvar - 0,8453 AZN/USD məzənnəsi ilə $5,555 mln., 29 yanvar - 0,8454 AZN/USD məzənnəsi ilə $0,67 mln. , 30 yanvar - 0,8451 AZN/USD məzənnəsi ilə $4,25 mln. , 31 yanvar hər iki ticarət sessiyasında sövdələşmələr keçirilməyib lakin məzənnə 0,8451 AZN/USD səviyyəsində formalaşıb və 1 fevral - 0,8450 AZN/USD məzənnəsi ilə $2 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
21yanvar 0,8454 28yanvar 0,8454
22yanvar 0,8454 29yanvar 0,8454
23yanvar 0,8454 30yanvar 0,8452
24yanvar 0,8454 31yanvar 0,8451
25yanvar 0,8455 1fevral 0,8451
Həftə ərzində orta 0,84542 Həftə ərzində orta 0,84524
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
21yanvar 0,8455 28 yanvar 0,8453
22yanvar 0,8454 29 yanvar 0,8454
23yanvar 0,8454 30 yanvar 0,8451
24yanvar 0,8454 31 yanvar 0,8451
25yanvar 0,8454 1 fevral 0,8450
Həftə ərzində orta 0,84542 Həftə ərzində orta 0,84518

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb. EUR/AZN T+0 aləti üzrə 623 900 AZN bərabər həcm qeydə alınıb. Bu sövdələşmədə orta çəkili məzənnə 1 EUR-a 1,2478 AZN təşkil edib.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət sabit olub və keçən həftənin 15 manat səviyyəsində qalıb.

Xəbər lenti

Xəbər lenti