...

Bakı Fond Birjasında DQİ-nin yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2008 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / Trend / Fevralın 5-də saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında 10500520S dövlət qeydiyyat nişanlı qısamüddətli dövlət istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə birjanın bazar ertəsi yayılan məlumatında deyilir.

DQİ-nin ümumi həcmi - 3 000 000 AZN, bir istiqrazın nominal dəyəri - 200 AZN, istiqrazların dövriyyə müddəti - 364 gün, ödəmə tarixi 2009-cu il 3 fevraldır.

DQİ-nin emissiya həcminin 20 faizini ötməyən qeyri-rəqabətli sifarişlər hərraca buraxılır.

Xəbər lenti

Xəbər lenti