...

BVF Azərbaycanda istehlakçı qiymətləri indeksinin hesablanması metodologiyasının qiymətləndirilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2008 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral/ Trend , müxbir İ.Xəlilova/ Beynəlxalq Valyuta Fondu (BVF) istehlakçı qiytmətləri indeksinin ümumi hesablanması metodologiyasının qiymətləndirilməsi məqsədilə, Statistika üzrə Dövlət Komitəsinə texniki yardım başlayıb. Bu barədə bazar ertəsi Dövlət Komitəsindən məlumat veriblər. Fond metodologiyanın beynəlxaql təcrübəyə uyğunluğunu qiymətləndirilməsi üçün ekspert Ann Şelli Vinstonu (Ann Shelly Winston) təyin edib.

Texniki missiyanın səfər tarixi bir neçə dəfə təxirə salınıb. Ekspert yardımı Azərbaycanda istehlakçı qiymətləri indeksinin (İQİ) hesablanma metodikasının hərtərəfli qiymətləndirilməsi üçün təqdim edilir.

Bu gün Statistika üzrə Dövlət Komitəsi inflyasiyanı 585 növ mal və xidmətdən formalaşdırılan istehlakçı səbəti əsasında hesablayır. Statistika üzrə Dövlət Komitəsi 2005-ci ilin ortalarından bu metodologiyaya keçib.

Yaxın gələcəkdə İQİ-nin üçüncü hesablama metodunu tətbiq etmək planlaşdırılır. Hazırda hesablama iki metod (biri üzrə inflyasiya səviyyəsi süni olaraq azaldılır, digəri üzrə artırılır) əsasında aparılır. Üçüncü metod bu iki qiymətin ortalamasını nəzərdə tutur. Bununla əlaqədar olaraq, Statistika üzrə Dövlət Komitəsi BVF-dən İQİ-nin beynəlxalq standartlara müvafiq həyata keçirilən hazırki metodologiyasını qiymətləndirməyi istəyib. Statistika üzrə Dövlət Komitəsinin mütəxəssisləri hesablamalarda ölkədə əhalinin sayına əsaslansalar da, Valyuta Fondu hesablamaları mal dövriyyəsi əsasında keçirməyi tövsiyə edir. İstənilən halda, bu hesablama üsulları arasında 0,1 -0,2 faiz civarında əhəmiyyətsiz fərq yaranır. Bundan əlavə, BVF bütün mal dövriyyəsinin 50 faizinin Bakının payına düşdüyünü iddia edir. Lakin Statistika üzrə Dövlət Komitəsinin mütəxəssislərinin rəyinə görə, paytaxtdan kənarda əhalinin heç də hamısı qida məhsullarının alışına vəsait xərcləmir və müfaviq olaraq, mal dövriyyəsi aşağıdır. Digər tərəfdən, İQİ-nin belə hesablama metodu Azərbaycan üçün qəbul- edilməzdir Belə ki, inflyasiya hesablanarkən yalnız əhalinin aldığı mallar nəzərə alınır. Bakıda kompüterlər, maşınlar, mebel və s. alan müəssisə və şirkətlərin çox olmasına görə, mal dövriyyəsi regionlardan çox alınır.

2008-ci il üçün dövlət xərclərinin 35 faiz artmasına dair proqnozlara baxmayaraq, Azərbaycan hökuməti gələcəkdə inflyasiyanı nizamlanan səviyyədə saxlayacağına əmindir. Proqnozlarda inflyasiyanın artım tempi 12-14 faiz səviyyəsində qoyulub. Lakin Statistika üzrə Dövlət Komitəsinin rəhbəri onun 10 faiz səviyyəsində olacağını proqnozlaşdırır.

Yanvarın yekunlarına görə, inflyasiya 15,3 faiz, istehlakçı qiymətlərinin bazis indeksi isə 15,7 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti