...

Qazaxıstan Bakıdan keçməklə Gürcüstana 20-30 min ton taxıl göndərəcək – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2008 13:52 (UTC +04:00)
Qazaxıstan Bakıdan keçməklə Gürcüstana 20-30 min ton taxıl göndərəcək – nazir

Qazaxıstan, Astana, 19 fevral / Trend , müxbir K.Konırova/ Gürcüstan və Qazaxıstan yaxın vaxtlarda Xəzər vasitəsilə Bakıdan keçməklə Tbilisiyə qazax taxılının tədarükü ilə bağlı razılıq əldə ediblər. Gürcüstanın kənd təsərrüfatı naziri Petre Tsiskarişvilinin çərşənbə axşamı Astanada Trend ın xüsusi müxbirinə verdiyi məlumata görə, o, Qazaxıstanda həmkarı Əhmətjan Yesimov ilə Tbilisiyə 20-30 min ton qazax taxılın tədarük olunması barədə razılıq əldə edib. "Çox güman ki, taxıl Xəzər dənizi üzrə bərələrlə Bakıdan keçməklə təlarük olunacaq" - deyə o bildirib.

Tsiskarişvilinin sözlərinə görə, taxıl Tbilisiyə tədarük olunacaq və gürcüstanlı taxılçılar onu öz imkanları daxilində alacaqlar. Gürcüstanın taxıla olan aylıq tələbatı 45 min ton təşkil edir.

Poti limanında taxıl terminalının tikintisinə toxunan Gürcüstanın kənd təsərrüfatı naziri bildirib ki, işlər demək olar ki, 20 faiz yeinə yetirilib. "Yazda tikinti fəallaşdırılacaq" - deyə Tsiskarişvili bildirib.

Potidə taxıl terminalı tikintisinin ili sonuna qədər başa çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti