...

Azərbaycan və Avropa Komissiyası 2008-ci il üçün ENP indikativ proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə tədbirləri dəqiqləşdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2008 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral/ " müxbir İ.Xəlilova/ Avropa Komissiyası Azərbaycan hökuməti ilə Avropa Qonşuluq Siyasəti (ENP) çərçivəsində, 2008-ci il üçün indikativ proqramın istiqamətləri üzrə müzakirələri fevralın sonu - martın əvvəlində davam etdirməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı Avropa İttifaqının texniki yardım proqramları koordinasiya bürosunun (TACİS) icraçı direktoru Rüfət Məmmədov məlumat verib. Proqramın büdcəsi təqribən 21-22 mln. avro təşkil edir.

Bu gün nəzərdən keçirilən iki istiqamətdən - ədliyyə və aqrar sektordan hələ ki, birinci üzrə fəaliyyət dəqiqləşdirilib. Birinci istiqamət üzrə penitensiar sistemin, regional məhkəmələrin, Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Ədliyyə Akademiyasının dəstəklənməsi, milli qanunvericiliyin Avropa standartlarına yaxınlaşdırılması nəzərdə tutulur.

Hazırda aqrar sektorda tədbirlər dəqiqləşdirilir. Məmmədov hesab edir ki, ilkin qiymətləndirməyə görə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması çərçivəsində, kənd təsərrüfatında islahatları əhatə etmək, bununla əlaqədar olaraq, qanunvericiliyi təkmilləşdirmək, normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərdə tutulur.

Avropa Komissiyasının büdcə siyasətinə əsasən, hər proqramda bir sektor əhatə edilməlidir. Buna görə, istiqamətlərin hər biri üzrə tədbirlər müəyyən edildikdən sonra, onlardan biri seçiləcək.

2007-2010-cu illər üçün ENP-nin Azərbaycan üçün büdcəsi ümumilikdə 92 mln. avro həcmində nəzərdə tutulub

2006-cı ilin noyabrında Brüsseldə Azərbaycan üçün təsdiq edilən ENP fəaliyyət planında prioritet istiqamətlər kimi, ölkədə demokratiyanın gücləndirilməsi, iş və investisiya iqliminin yaxşılaşdırılması, davamlı iqtisadi inkişafa dəstək, iqtisadi sahənin və idarəetmə təcrübəsinin qanunvericiliyə uyğunlaşdırılması, sərhədyanı sahədə əməkdaşlıq, Aİ və AR arasında energetika və nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi müəyyən edilib. Tədbirlər üç əsas prioritet sahəyə bölünüb - idarəetmə sisteminin təkmilləşdirilməsi; iqtisadi və sosial islahatlar; energetika, nəqliyyat, ekologiya və infrastruktur.

Xəbər lenti

Xəbər lenti